Dünya Futbolu

Lionel Messi “İnter Miami” ilə yeni müqaviləyə razılıq verdi

Bakı, 28 sentyabr, Tsport.az

Argentinalı ulduz hücumçu Lionel Messi ABŞ təmsilçisi “Inter Miami” ilə yeni müqavilənin şərtləri üzrə razılığa gəlib.

Tsport.az xəbər verir ki, bu barədə tanınmış insayder jurnalist Nicolo Schira sosial şəbəkədə məlumat yayıb.

Messinin hazırkı müqaviləsi 2025-ci ilin sonuna qədər qüvvədədir. İyul ayında jurnalist Havi Kampos bildirib ki, Messi növbəti dünya çempionatında (2026) və Amerika Kubokunda (2028) oynamaq istədiyi üçün klubla müqaviləsinin müddətini 2028-ci ilin sonuna qədər uzatmaq niyyətindədir.

38 yaşlı Messi 2023-cü ildən “İnter Miami”də çıxış edib. O, karyerası ərzində “Barcelona” və PSG-də çıxış edib. Argentinalı səkkiz “Qızıl top” mükafatını qazanıb. Argentina milli komandası ilə 2022 Dünya Kubokunu, 2021 və 2024 Copa America, 2022 Finalissima və 2008 Olimpiya Oyunlarını qazanıb.