Lionel Messi milliyə buna görə dəvət edilmədi
Bakı, 17 mart, Tsport.az
Argentina milli komandasının ulduzu Lionel Messi, yaxın günlərdə keçiriləcək Dünya Çempionatı 2026 seçmə mərhələsinin oyunlarında iştirak etməyəcək.
Tsport.az xəbər verir ki, “İnter Miyami”nin hücumçusu zədə səbəbindən millinin heyətinə dəvət edilməyib.
Argentina millisi martın 22-də səfərdə Urugvayla, martın 26-da isə öz meydanında Braziliya ilə qarşılaşacaq. Messi’nin zədəsi səbəbindən bu vacib oyunlarda iştirak etməyəcəyi açıqlanıb.