Lionel Messi MLS çempionatında ilk qolunu vurub
Bakı, 17 mart, Tsport.az
“İnter Miami“nin futbolçusu Lionel Messi yeni mövsümdə MLS çempionatında ilk qolunu vurub.
Tsport.az xəbər verir ki, argentinalı hücumçu bu gün keçirilən “Atlanta United”lə qarşılaşmada fərqlənib. Messi, 20-ci dəqiqədə tarazlığı bərpa edərək komandasına qol sevinci yaşadıb.
Qarşılaşma “İnter Miami”nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Hazırda “İnter Miami” şərq konfransında 10 xalla liderliyini qoruyur.