Dünya Futbolu

Lionel Messi MLS-də ən yaxşı futbolçu seçildi

Bakı, 21 iyul , Tsport.az 

Inter Miami” klubunun kapitanı və hücumçusu Lionel Messi 2025 MLS mövsümündə ardıcıl performansları ilə yenidən diqqət mərkəzinə düşüb. 38 yaşlı argentinalı ulduz liqa tərəfindən beşinci dəfə ayın ən yaxşı futbolçusu mükafatına layiq görülüb.

Tsport.az xəbər verir ki, Messi 19 iyul tarixində “New York Red Bulls“la keçirilən oyunda (5:1) dubl edib və iki məhsuldar ötürmə verib. Bu, onun son 7 qarşılaşmadakı altıncı dubludur.

Hazırda Messi MLS-də 18 oyunda 18 qolla liqanın bombardirlər siyahısının başında yer alır. 2023-cü ildə “Inter Miami” klubuna keçdikdən sonra bütün turnirlər üzrə 68 oyunda 58 qol vurub və 26 məhsuldar ötürmə ilə yadda qalıb.