Lionel Messi yaşıl meydanlara qayıdır
Bakı, 16 avqust, tsport.az
ABŞ-nin İnter Mayami klubunun ulduz futbolçusu Lionel Messi zədəsini tam sağaldıb və komanda ilə məşqlərə başlayıb.
Tsport.az xəbər verir ki, gözlənilməz bir problem yaranmasa, Messi növbəti matçda iştirak edə biləcək.
Qeyd edək ki, İnter Mayami MLS-in növbəti turunda Los Angeles Galaxy ilə qarşılaşacaq. Avqustun 17-də Bakı vaxtı ilə saat 03:30-da başlayacaq bu oyun Messinin dönüş matçı ola bilər.