Dünya Futbolu

Liqa 2 klubundan yeni transfer

Bakı, 18 oktyabr, Tsport.az

Liqa 2 klublarından “Rodez” yeni transferini açıqlayıb.

Tsport.az xəbər verir ki, komanda 32 yaşlı yarımmüdafiəçi Flavien Taitlə mövsümün sonuna qədər müqavilə bağlayıb.

Tait son olaraq “Samsunspor” (Türkiyə) klubunda çıxış edib və yayda azad agentə çevrilmişdi. O, əvvəllər “Angers” (2016–2019) və “Rennes” (2019–2023) formalarını geyinib, həmçinin Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqası təcrübəsinə malikdir.

Qeyd edək ki, Tait 2008–2010-cu illərdə də “Rodez”-də çıxış edib və daha sonra La Berrichonne de Châteauroux klubunda yetişərək peşəkar karyerasına başlayıb.