Dünya Futbolu

“Liverpool” “Barcelona”nın futbolçusunu heyətinə qatmaq istəyir

Bakı, 11 aprel, Tsport.az

“Liverpool” gənc istedad Fermin Lopezi heyətinə qatmaq üçün hərəkətə keçib.

Tsport.az xəbər verir ki, Mersisayd klubu “Barcelona”nın 21 yaşlı yarımmüdafiəçisinə görə 50 milyon avro ödəməyə hazırdır. Fermin Lopez əsas heyətdə müntəzəm şans qazanmadığı üçün klubdan ayrılmaq niyyətindədir.

Bu vəziyyət “Liverpool” üçün əla fürsət sayıla bilər və ingilis təmsilçisi bu imkandan istifadə etmək istəyir.

Lopez cari mövsümdə “Barcelona”nın heyətində 34 matçda iştirak edib, 5 dəfə fərqlənib və 8 məhsuldar ötürmə ilə yadda qalıb.