Dünya Futbolu

“Liverpool”-dan rekord təklif

Bakı, 26 may, Tsport.az

“Bayer Leverkusen”in ulduzu Florian Wirtz yay transfer dönəmində klubdan ayrılmağa yaxınlaşır. Gənc alman futbolçu karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Tsport.az xəbər verir ki, İngiltərənin aparıcı klublarından olan “Liverpool”, 21 yaşlı yarımmüdafiəçinin transferi üçün 100 milyon avro təklif edib. İngiltərə mətbuatının məlumatına görə, “Bayer Leverkusen” bu təklifi qəbul etməyə hazırdır.

Wirtz başa çatan mövsümdə “Bayer” formasında 45 oyunda 16 qol və 15 assist ilə çıxış edib. Onun bu performansı Avropanın bir çox nəhəng klublarının diqqətini cəlb edib.

Transferlə bağlı rəsmi açıqlamanın yaxın günlərdə verilməsi gözlənilir.