Dünya Futbolu

“Liverpool”, Florian Wirtz transferi üçün rekord məbləğ ödəyəcək

İngiltərə Premyer Liqası klubu “Liverpool“, “Bayer Leverkusen“in ulduz futbolçusu Florian Wirtz üçün Britaniya transfer rekordunu qıraraq 116,5 milyon funt sterlinq ödəməyə razılaşıb.

Transfer paketi 100 milyon funt sterlinq əsas ödəniş və 16,5 milyon funt sterlinq bonuslardan ibarətdir. 22 yaşlı Wirtz, ötən mövsüm Bundesliqada 10 qol vurub və 12 asist edib.

“Liverpool”un bu transferi, “Bayern Münich” və “Manchester City”nin Wirtz-i heyətinə qatmaq cəhdlərindən sonra gəldi. Alman futbolçu artıq “Liverpool” ilə şəxsi şərtləri müzakirə edib və razılaşmanın tamamlanması gözlənilir.