Dünya Futbolu

“Liverpool” futbolçusunu “Real Madrid”ə vermək niyyətində deyil

Bakı, 15 may, Tsport.az

İngiltərənin “Liverpool” klubu, müdafiəçi Trent Alexander-Arnoldun “Real Madrid”ə transfer olunmasına icazə vermək niyyətində deyil.

Tsport.az xəbər verir ki, Mersisayd təmsilçiləri klublararası dünya çempionatından əvvəl 26 yaşlı oyunçunun “Real Madrid”ə keçməsi müqabilində təklif edilən 1 milyon avrodan imtina edib.

Hazırda Trent Aleksander-Arnoldun müqaviləsi “Liverpool” ilə iyun ayında başa çatacaq. Lakin, oyunçunun mövsümün sonunda klubdan ayrılacağı hələ dəqiq olaraq açıqlanmayıb. Bununla yanaşı, klublararası dünya çempionatının 15 iyun – 13 iyul tarixləri arasında ABŞdə keçiriləcəyi bildirilir.