“Liverpool” gözünü “Borussia Dortmund” müdafiəçisinə dikib
Bakı, 16 oktyabr, Tsport.az
“Liverpool” klubu “Borussia Dortmund”un müdafiəçisi Nico Schlotterbecklə maraqlanır.
Tsport.az xəbər verir ki, “qırmızılar” 25 yaşlı alman futbolçunu Virgil van Dijkın potensial varisi kimi görürlər.
Lakin “Borussia Dortmund” hələlik bu transferə razılıq verməyib.
Schlotterbeck-in klubla müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir.