“Liverpool” heyətini gücləndirmək üçün hərəkətə keçib
Bakı, 16 may, Tsport.az
“Liverpool” Məhəmməd Kudus üçün “West Ham” ilə danışıqlara başlayıb
Tsport.az xəbər verir ki, “Liverpool” klubunun rəhbərliyi, yeni mövsüm üçün heyətini gücləndirmək məqsədilə “West Ham”ın 24 yaşlı hücumçusu Məhəmməd Kudus ilə maraqlanır.
London təmsilçisi, Kudusun transferi üçün təklifləri qəbul etməyə hazırdır və təxminən 70 milyon funt sterlinq məbləğində bir təklif üzərində düşünür.
Yayda transferin tamamlanması gözlənilir.