Dünya Futbolu

“Liverpool” Jeremie Frimpongla anlaşıb

Bakı, 16 may, Tsport.az

İngiltərənin “Liverpool” klubu Almaniya təmsilçisi “Bayer 04”-də çıxış edən Jeremie Frimpongla anlaşıb.

Tsport.azxəbər verir ki, məşhur insayder Fabrizio Romano, tərəflərin bütün məsələlərdə razılıq əldə etdiyini bildirib. Mersisayd təmsilçisi, Niderland millisinin üzvü olan cinah müdafiəçisi üçün Leverkusen klubuna 35-40 milyon avro ödəyəcək.

Qeyd edək ki, 24 yaşlı Frimpong cari mövsüm bütün turnirlərdə “Bayer 04” forması ilə 48 oyuna çıxıb, 5 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.