Liverpool” Joao Pedro ilə maraqlanır
Bakı, 10 mart, Tsport.az
“Brighton”un hücumçusu Joao Pedro karyerasını “Liverpool”da davam etdirə bilər.
Tsport.az xəbər verir ki, “qırmızılar” 23 yaşlı forvardın transferində maraqlıdır və onun üçün tələb olunan məbləği ödəməyə hazırdır.
Bu mövsüm “Brighton” forması ilə 24 oyuna çıxan Joao Pedro 8 qol vurub, 7 asist edib. Braziliyalı futbolçunun hazırkı klubu ilə müqaviləsi 2028-ci ilin iyun ayına qədər qüvvədədir.