“Liverpool” Kostas Tsimikasla yollarını ayırır
Bakı, 8 may, Tsport.az
“Liverpool ” yay transfer pəncərəsində müdafiəçi Kostas Tsimikasın komandadan ayrılmasına yaşıl işıq yandırıb.
Tsport.az xəbər verir ki, klub rəhbərliyi yunan futbolçunun satışını artıq gündəmə alıb və onun üçün təxminən 20 milyon avro qiymət müəyyənləşdirilib.
28 yaşlı sol cinah müdafiəçisi cari mövsümdə “qırmızılar”ın heyətində 28 oyunda forma geyinib və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Transfer qərarının əsas səbəblərindən biri baş məşqçi Arne Slotun heyətdə yeni dəyişikliklərə getmək istəyi ilə əlaqələndirilir.
Tsimikas 2020-ci ildə “Olympiacos”dan transfer edilmişdi və bu yay “Anfield”dən ayrılması artıq real görünür.