Dünya Futbolu

“Liverpool” Kristof Nkunku üçün hərəkətə keçdi

Bakı, 2 may, Tsport.az

İngiltərənin “Chelsea” klubunun hücumçusu Christopher Nkunku yay transfer dönəmində komandanı tərk etməyə hazırlaşır.

Tsport.az xəbər verir ki, fransalı futbolçu ilə ciddi maraqlanan klublardan biri “Liverpool”-dur. Tərəflər arasında ilkin danışıqlara start verilib.

21 yaşlı hücumçu cari mövsüm Premier League-də 27 matçda iştirak edib, 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.