“Liverpool” Mohamed Salahla müqaviləsini yenilədi
Bakı, 11 aprel, Tsport.az
“Liverpool” sürpriz qərarla ulduz futbolçusu Mohamed Salahla yeni müqavilə imzalayıb.
Tsport.az xəbər verir ki, son vaxtlar onun klubdan ayrılacağı ilə bağlı yayılan xəbərlər artıq geridə qalıb. Klub rəhbərliyi Salahı razı salaraq, onunla 2027-ci ilin iyun ayına qədər qüvvədə olacaq yeni sözləşməyə imza atıb.
2017-ci ildən bəri “Liverpool”un formasını geyinən misirli hücumçu, cari mövsümdə komandanın hücum xəttində parlaq performans sərgiləyib – 45 oyunda 32 qol vurub, 22 assistlə də yadda qalıb. Bu statistik göstəricilər Salahın hələ də yüksək formada olduğunu sübut edir.