Dünya Futbolu

“Liverpool” Osimhen üçün danışıqlara başladı

Bakı, 17 iyun , Tsport.az 

Napoli“nin 26 yaşlı hücumçusu Victor OsimhenLiverpool“un transfer hədəfinə çevrilib. İngiltərə klubu nigeriyalı futbolçunu heyətinə qatmaq üçün Federico ChiesaDarwin Núñez əhatə edən mübadilə təklif edib.

Tsport.az xəbər verir ki, mersisaydlılar eyni zamanda Osimhenin meneceri ilə əlaqə saxlayır. Futbolçunun Çempionlar Liqasında çıxış edən və İngiltərə çempionuna keçidə isti yanaşdığı bildirilir. Lakin transferin qarşısını ala biləcək əsas amil Osimhenin yüksək maaş tələbi ola bilər.

Qeyd edək ki, əgər “Liverpul” Núñez və Chiesanı satmağı bacarsa, klub ildə təxminən 15 milyon funt sterlinq qənaət etmiş olacaq və bu vəsait Osimhenin maaşı üçün xərclənə bilər.

Transfer danışıqları davam edir və Osimhenin gələcəyi yaxın günlərdə daha da aydınlaşacaq.