“Liverpool” qapıçı transferini açıqlayıb
Bakı, 28 iyun , Tsport.az
İngiltərə Premyer Liqa komandası “Liverpool” Preston ilə müqaviləsi başa çatan Freddie Woodmanı heyətinə qatdıqlarını açıqlayıb.
Tsport.az xəbər verir ki, Premyer Liqada əvvəlki mövsümü çempion kimi başa vuran “Liverpool” daha bir transferini rəsmən açıqlayıb.
Jeremie Frimpong, Armin Pecsi, Florian Wirtz və Milos Kerkezi heyətinə qatan “Liverpool” yeni qapıçısını da açıqlayıb.
Klubdan verilən açıqlamada Prestonla müqaviləsi başa çatan Freddie Woodmanla müqavilə imzalandığı bildirilib.
Woodmanın Alisson və Giorgi Mamardashvilidən sonra ehtiyat qapıçı olacağı gözlənilir.
Futbol karyerası boyunca İngiltərə, Şotlandiya və Uelsdə bir çox komandada çıxış edən Freddie Woodman sonuncu dəfə Prestonda çıxış edib.
Freddie Woodman çıxış etdiyi komandalarda 327 oyuna çıxıb və 428 qol buraxıb. 28 yaşlı qolkiper 99 matçda qol buraxmayıb. Təcrübəli qolkiper “Newcastle United”in heyətində Premyer Liqada 4 matçda iştirak edib.