“Liverpool”da ciddi itki
Bakı, 30 sentyabr, Tsport.az
“Liverpool”un hücumçusu Federico Chiesa Çempionlar Liqasının liqa mərhələsinin 2-ci turunda “Galatasaray”la matçda iştirak etməyəcək.
Tsport.az xəbər verir ki, 28 yaşlı futbolçu diskomfort səbəbindən komandanın iştirakçı siyahısına daxil edilməyib və İstanbul səfərinə aparılmayıb.
Qeyd edək ki, italiyalı forvard bu mövsüm “Liverpool”un heyətində 6 oyunda meydana çıxaraq 2 qol vurub və 2 məhsuldar ötürmə edib.