Dünya Futbolu

“Liverpool”da çətin dönəm

Bakı, 19 oktyabr, Tsport.az

Ötən mövsüm Premyer Liqanı rahat şəkildə qazanan “Liverpool” yay transfer pəncərəsində Avropanın ən istedadlı futbolçularını heyətinə cəlb edib.

Tsport.az xəbər verir ki, Arne Slotun komandası təxminən 416,2 milyon funt sterlinq xərcləyərək Aleksander İsak, Florian Virts və Hugo Ekitikeyi transfer edib.

Lakin bütün bu güclənməyə baxmayaraq, “qırmızılar” son üç oyunda ardıcıl məğlub olub və hazırda turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.

Komandada Trent Aleksander-Arnoldun “Real Madrid”ə keçidi ilə yaranan boşluq hiss olunur. 27 yaşlı futbolçu “Liverpool”da çıxış etdiyi müddətdə 18 qol və 64 assistlə yadda qalmışdı. Onun yoxluğu təkcə oyundakı yaradıcılıq baxımından deyil, həm də komandanın balansı və liderliyi baxımından ciddi fərq yaradıb.