“Liverpool”dan “Bayer Leverkusen”ə
“Bayer Leverkusen” müdafiə xəttini gücləndirib. Almaniya klubu “Liverpool”un mərkəz müdafiəçisi Jarell Quansah ilə razılığa gəlib.
transferin maliyyə dəyəri 30 milyon funt sterlinq + 5 milyon bonus şəklindədir. 22 yaşlı futbolçu ilə 2030-cu ilin yayına qədər müqavilə imzalanacaq.
Maraqlı məqam isə “Liverpool”un razılaşmaya geri alma bəndi əlavə etməsidir. Bu, “qırmızılar”a gələcəkdə Quansahı yenidən transfer etmək imkanı verəcək.
Qeyd edək ki, Jarell Quansah ötən mövsüm “Liverpool”un heyətində 25 oyuna çıxıb. Onun “Anfield” klubu ilə əvvəlki müqaviləsi 2029-cu ilə qədər qüvvədə idi.