-->
Dünya Futbolu

”Liverpool”un müdafiəçisi zədələnib

Bakı, 1 aprel, Tsport.az

“Liverpool”un əsas müdafiəçilərindən Trent Alexander-Arnold zədələnib.

Tsport.az xəbər verir ki, komandanın baş məşqçisi futbolçunun hazırkı durumu ilə bağlı danışıb və müalicə prosesinin davam etdiyini bildirib.

26 yaşlı ulduz futbolçu bu mövsüm bütün turnirlərdə 39 matçda meydana çıxaraq, 3 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. “Liverpool” isə İngiltərə Premyer Liqasının 30-cu turunda sabah doğma meydanında “Everton”la qarşılaşacaq.