“Liverpool”un yeni transfer hədəfi
Bakı, 10 oktyabr, Tsport.az
“Liverpool” klubu yeni transfer hədəfini müəyyən edib.
Tsport.az xəbər verir ki, Mersisayd təmsilçisi “Bournemouth”un qanalı hücumçusu Antonio Semenyonu heyətinə qatmaq istəyir.
Klub Semenyo üçün 75 milyon avro təklif etməyə hazırdır.
24 yaşlı forvardın hazırkı müqaviləsi “Bournemouth” ilə 2030-cu ilin iyun ayına qədərdir.