“Liverpul” futbolçusuna yeni müqavilə təklif edib
Bakı, 25 iyul , Tsport.az
“Liverpul” klubu futbolçusu İbrahima Konateyə yeni müqavilə təklif edib.
Tsport.az xəbər verir ki, fransalı stoperin hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir.Lakin futbolçu klubdan ayrılmaq fikrində qətidir.
Qeyd edək ki, “Real Madrid” Konateni transfer etmək istəyir.