“Liverpul” və “Çelsi”nin sabiq müdafiəçisi Coi Cons vəfat edib
Bakı, 22 iyul , Tsport.az
İngiltərənin tanınmış klubları “Liverpul” və “Çelsi”nin sabiq müdafiəçisi Coi Cons 70 yaşında dünyasını dəyişib. Onun ölüm səbəbi barədə məlumat verilməyib.
Tsport.az xəbər verir ki, karyerası ərzində Coi Cons 1975-1978-ci illərdə “Liverpul”da çıxış edib. O, həmçinin Uelsin “Reksem” klubunda, İngiltərənin “Çelsi” və “Haddersfayld” komandalarında da forma geyinib.
Qeyd edək ki, Coi Cons “Liverpul”la böyük uğurlara imza atıb. O, iki dəfə Çempionlar Kubokunu, eləcə də UEFA Kubokunu və Avropa Superkubokunu qazanıb. Coi Cons Uels milli futbol komandasının heyətində də 70 oyun keçirib.