Dünya Futbolu

“Liverpul”dan 120 milyon avroluq transfer

Bakı, 17 avqust, Tsport.az 

Liverpul” isveçli hücumçu Aleksander İsak üçün “Nyukasl Yunanyted” klubuna rekord məbləğdə təklif göndərib. 

Tsport.az xəbər verir ki, Premyer Liqa nəhəngi 24 yaşlı forvard üçün 120 milyon funt sterlinq ödəməyə hazırdır.

“Nyukasl Yunayted” rəhbərliyi daha əvvəl gələn təklifləri rədd etsə də, bu dəfə sövdələşmənin baş tutma ehtimalı yüksək qiymətləndirilir. Klub maliyyə qaydaları ilə bağlı çətinliklər yaşayır və bu səbəbdən İsakın satışı gündəmdədir.