Dünya Futbolu

London klubu bu futbolçu üçün danışıqlara başlayıb

Bakı, 22 aprel, Tsport.az

“Sporting ” hücumçusu Viktor Gyökeresin karyerasını Premier Liqada davam etdirməsi mümkün görünür.

Tsport.az xəbər verir ki, “Arsenal” 26 yaşlı isveçli forvardla əlaqə saxlayaraq, yay transfer pəncərəsi üçün transferini müzakirə etməyə başlayıb.

Gyökeres özü də İngiltərə çempionatında oynamağa maraqlı olduğunu bildirib. Mövsüm ərzində 46 matçda çıxış edən hücumçu 47 qol vurub və 11 məhsuldar ötürmə ilə komandasına böyük töhfələr verib.