Lookman, “Fenerbahçe”ə keçməyə yaxındır
Bakı, 4 sentyabr, Tsport.az
“Fenerbahçe” klubu “Atalanta“nın hücumçusu Ademola Lookman üçün ciddi təklif irəli sürüb.
Tsport.az xəbər verir ki, İstanbul nəhəngi nigeriyalı futbolçuya illik 6 milyon avro məvacib və 4 illik müqavilə təklif edib.
Hazırda “Fenerbahçe” və futbolçu arasında danışıqlar davam edir. Klubun həm Lookman, həm də “Atalanta” ilə razılıq əldə etməsi gözlənilir.
Qeyd edək ki, Lookman son mövsümdə “Atalanta”nın heyətində möhtəşəm çıxış edərək komandanın Avropa Liqasının qalibi olmasında böyük rol oynayıb. O, final matçında “Bayer”lə oyunda het-trik edərək diqqətləri özünə cəlb edib.