Dünya Futbolu

Lucas Akins həbsdən sonra komandasına geri dönüb

Bakı, 9 oktyabr, Tsport.az

Striker Lucas Akins həbsdən azad edildikdən sonra “Mansfield Town” klubuna geri dönüb.

Tsport.az xəbər verir ki, 36 yaşlı futbolçu 2022-ci ilin martında Huddersfield yaxınlığında Mercedes G350 ilə təsadüfən bir velosipedçini vurduğu üçün 14 aylıq həbs cəzasına məhkum olunmuşdu.

Məlumata görə, Akins həbs cəzasının yarısını çəkdikdən sonra azad olunub və qalan müddətini probasiya altında keçirəcək.

Klub açıqlamasında bildirib:

“Reabilitasiya və reinteqrasiya prinsiplərinə uyğun olaraq, cəzasını çəkmiş Lucas-a peşəkar karyerasına davam etmək imkanı verilməlidir.”

“Mansfield Town” əlavə edib ki, onlar futbolçunu əsas heyət mühitinə qayıdarkən dəstəkləməyə davam edəcəklər.