Lucas Vasques “Real Madrid” ilə vidalaşır
Bakı, 21 may, Tsport.az
Müdafiəçi Lucas Vázquez yay transfer dönəmində “Real Madrid” klubundan ayrılacaq.
Tsport.az xəbər verir ki, ayrılıq Klublararası Dünya Çempionatı başa çatdıqdan sonra gerçəkləşəcək. 33 yaşlı ispaniyalı futbolçu 2007-ci ildən Madrid nəhənginin sistemində çıxış edir və bu müddət ərzində əsas komandada 399 oyun, 38 qol və 73 assistlə yadda qalıb.
Vaskes, həmçinin “Kral klubu” ilə birlikdə 21 titul qazanıb. Onun klubla müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Xatırladaq ki, Klublararası Dünya Çempionatı bu il 15 iyun – 13 iyul tarixlərində ABŞ-da baş tutacaq.