Lucas Vazquez “Real Madrid” ilə vidalaşır
Bakı, 16 iyul , Tsport.az
İspaniyanın La Liqa təmsilçisi “Real Madrid“, 10 ildir komandada çıxış edən Lucas Vazquez ilə yollarını ayırır. Klubun rəsmi açıqlamasına görə, 34 yaşlı sağ cinah müdafiəçisi üçün Prezident Florentino Perezin də qatılacağı anma və vida mərasimi təşkil olunacaq.
Tsport.az xəbər verir ki, 2007-ci ildə, 16 yaşında ikən “Real Madrid” akademiyasına qoşulub.
- 2014–2015 mövsümündə Espanyol klubunda icarə əsasında çıxış edib.
- 2015-ci ilin sentyabrında “Real Madrid” A komandasında ilk oyununa çıxıb.
- Klubda keçirdiyi 10 mövsümdə 402 matçda forma geyinib və 38 qol vurub.
“Real Madrid”, Vazquezi klubun ən böyük əfsanələrindən biri kimi qiymətləndirərək ona təşəkkür və sevgi mesajı ünvanlayıb.