Dünya Futbolu

Luigi Buffonun oğlu Louis Thomas A Seriyada debüt etdi

Bakı, 6 oktyabr, Tsport.az

İtaliya millisinin əfsanəvi qapıçısı Gianluigi Buffonun oğlu Louis Thomas Buffon A Seriyada ilk oyununa çıxıb.

Tsport.az xəbər verir ki, “Pisa” klubunun 17 yaşlı hücumçusu “Bologna” ilə matçda debüt edib.

Gənc futbolçu 77-ci dəqiqədə komandasının 0:4 hesabı ilə geridə olduğu vaxt meydana daxil olub.

Maraqlı məqam odur ki, Louisin atası Gianluigi Buffon da eyni yaşda — 17 yaşında — A Seriyada debüt edib. Bu hadisə 1995-ci il noyabrın 19-da keçirilən “Parma” – “Milan” görüşündə (0:0) baş verib.