Basketbol

Luka Doncic köhnə komandasına rəhm etmədi

Bakı, 10 aprel, Tsport.az

Amerika Basketbol Liqasında (NBA) “Los Angeles Lakers”, Luka Doncicin 45 xalı ilə “Dallas Mavericks”i 112-97 məğlub edib.

Tsport.az xəbər verir ki, NBA-də 10 oyun keçirilib.

Qərb Konfransında “Lakers2, səfərdə “Mavericks”ə 15 xal fərqlə qalib gəlib. Köhnə komandası qarşısında ilk dəfə meydana çıxan və oyunun ən çox xal toplayan oyunçusu olan Doncic 45 xal toplayaraq “Lakers”-ın play-off-lara qalmasına kömək edib.