Dünya Futbolu

“Lyon” əsas oyunçulara istirahət verib

Bakı, 18 oktyabr, Tsport.az

Milli fasilədən sonra “Olympique Lyon”-in baş məşqçisi Paulo Fonseca bəzi futbolçularını istirahətə göndərib.

Tsport.az xəbər verir ki, Portuqaliyalı mütəxəssis Nice ilə bugünkü oyunda amerikalı Tanner Tessmannı ehtiyatda saxlayacaq. Onun yerini start heyətdə Pavel Sulc tutacaq.

Həmçinin Moussa Niakhaté və Nicolas Tagliafico da milli oyunlardan gec qayıtdıqları üçün bu qarşılaşmada riskə atılmayacaqlar. Onların əvəzinə Abner Vinicius və yayda komandaya transfer olunan Ruben Kluivert şans qazanacaq.