Azərbaycan FutboluMüsahibə

“Mən çox xoşbəxtəm, çünki  Çempionlar Liqası mənim arzumdur”

Bakı,13 sentyabr ,  Tsport.az 

  Misli Premyer Liqası IV turunda “Qarabağ” doğma meydanda  “Zirə”ni qəbul edib.

Tsport.az xəbər verir ki, 1-1 başa çatan matçdan sonra “Qarabağ”ın qapıçısı Mateuş Koxalski fikirlərini bizimlə bölüşüb:

Oyun barədə danışmaq istəmirəm. Mən bilmirəm… Mənim işim oyun barədə danışmaq deyil. Ona görə də bu gün sadəcə demək istəyirəm ki, biz oyunu qazana bilmədik və bu, yaxşı deyil.

– İkinci qolu vurmaq mümkün olmadı. Problem nə idi?

– Xeyr, biz çalışdıq, çalışdıq… Amma bu gün çox yaxşı oynamadıq. Rəqibin qapıçısı da yaxşı çıxış etdi. Biz isə səhvlər etdik. Ola bilsin ki, penalti epizodu da təsir etdi. Bəlkə də hücum etməyə bir az gec başladıq və qol vurmağa çalışdıq.

Növbəti oyun barədə nə düşünürsünüz?

– Mən çox xoşbəxtəm, çünki Çempionlar Liqası mənim arzumdur. Amma qarşıda çox çətin oyunlar olacaq. Biz yaxşı hazırlaşmalı və ən yaxşı performansımızı göstərməliyik.

– Sizcə, komandanız uğurlu ola bilərmi?

– Mən həmişə pozitiv düşünürəm. Düşünürəm ki, biz hər bir rəqibə qarşı qalib gələ bilərik.

Bahar Rüstəm