“Məncə sarı kart bəs edirdi” – Mustafa Seck
Bakı, 2 mart, Tsport.az
Azərbaycan Kubokunun 1/4 final cavab matçında “Neftçi” Bassala Sambounun qolu ilə 1-0 “Kəpəz“ə qəlib gələrək adını yarımfinala yazdırıb.
Tsport.az xəbər verir ki, oyundan sonra “Neftçi”nin üzvü Mustafa Seck oyunla bağlı fikirlərini bölüşüb, suallarımızı cavablandırıb.
-Oyun haqqında fikirləriniz?
-Qarın olmasına görə çətin oyun oldu. Kubokda əsas olan mərhələ adlamaq idi ki, bunu da bacardıq.
-Yarımfinalda “Sabah”la qarşılaşacaqsınız. Bu haqda nə düşünürsüz?
-Düşünürəm ki, yaxşı oyun olacaq. Qələbə qazanmaq istəyirik. Finala çıxmağa çalışırıq. Əlimizdən gələnin ən yaxşısını edəcəyik.
-Yeni transfer Bassala Sambounun qırmız kart aldığı epizod haqqında siz nə düşünürsüz?
-Bassala komandaya tez uyğunlaşıb, matça start heyətdə çıxdı. Məncə sarı kart bəs edirdi. Hakimlə bağlı fikir bildirmək istəmirəm.
-Liqada yenidən “Kəpəz”lə qarşılaşacaqsız. Bu oyunun həmin oyuna nə qədər təsiri olacaq?
-Yaxşı Seria yaxalamışıq. Bu gün az-çox oyunları ilə tanış olduq. Sürətli oyun olacaq. Tovuzda sürətli oynamaq çətindir. Amma əlimizdən gələnin ən yaxşısını edəcəyik.
Bahar Rüstəm