“Mənim üçün şəxsi hədəflərim komandanın hədəfləri ilə eynidir”-Diogo Balau
Bakı, 21 avqust , Tsport.az
Bu sözləri 16 avqust Misli Premyer Liqasının I turunda “Neftçi”nin doğma meydanda “Şamaxı“nı qəbul etdiyi,yekunda 1:1 hesabı ilə başa çatan oyun sonrası Diogo Balau deyib.
Oyun haqqında fikirləriniz?
-Məncə, bu çox asan oyun idi.
Biz çox güclü rəqibə qarşı çox yaxşı oynadıq və bütün komanda yoldaşlarımın əməyi ilə fəxr edirəm.
Mənim üçün şəxsi baxımdan desəm, oyunun fiziki tərəfi onları yüksəkdən sıxışdırmaq yaxşı alındı, xüsusən də oyunun əvvəlində. Amma son dəqiqələrdə fiziki gücümüz bir az tükənməyə başladı. Ümumilikdə isə çox yaxşı səviyyədə idik.
Mənim üçün şəxsi hədəflərim komandanın hədəfləri ilə eynidir. Yaxşı oyun göstərmək və ötən ildən daha yaxşı nəticə əldə etmək istəyirəm.
Aytac Mustafayeva