Mərakeş ardıcıl qələbə rekordunu qırıb
Bakı, 15 oktyabr, Tsport.az
Mərakeş milli komandası tarixə düşüb.
Tsport.az xəbər verir ki, Valid Reqraqinin rəhbərlik etdiyi yığma DÇ-2026-nın Afrika zonası üzrə seçmə mərhələsində Konqonu 1:0 hesabı ilə məğlub edərək ardıcıl 16-cı qələbəsini qazanıb.
Bu nəticə ilə Mərakeş Almaniya və İspaniyanın (hər biri 15 oyun) rekordlarını geridə qoyub.