Azərbaycan FutboluDünya Futbolu

Mətbuat konfransı: “Zirə” – “Hajduk”

Bakı, 22 iyul , Tsport.az 

Sabah UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində təmsilçimiz “Zirə” doğma meydanda “HNK Hajduk Split“i qəbul edəcək.

Tsport.az xəbər verir ki, oyundan əvvəl baş tutan mətbuat konfransında “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov öz fikirlərini bölüşüb:

“Bizim üçün avrokubok mövsümü başlayır. Oyuna yetərincə yaxşı hazırlaşdığımızı deyə bilmərəm. Əla olmasa da, normal səviyyədə hazırlaşmışıq. Düşünürəm ki, sabah bizi maraqlı və gərgin oyun gözləyir. İnşallah, əlimzdən gələni edəcəyik ki, rəqib üzərində üstünlük yarada bilək. Azarkeşlərdən tribunaları doldurmaqlarını istəyərdim. Onlara ehtiyacımız var. Mərhələni adlamağı çox istəyirik”.

Qeyd edək ki, “Zirə” ilə “Hayduk” arasında ilk matç iyulun 23-də, saat 19:30-da “Bakcell Arena”da baş tutacaq. Cavab görüşü isə iyulun 31-də, Bakı vaxtı ilə saat 23:00-da “Polyud Stadium”da start götürəcək.