Dünya Futbolu

Madrid klubu futbolçusunu razı sala bilmir

Bakı, 14 may, Tsport.az

“Real Madrid” braziliyalı hücumçu Vinícius Júnior ilə yeni müqavilə imzalamaq üçün danışıqlara başlayıb.

Tsport.az xəbər verir ki, Vinícius Júnior mövcud müqaviləsini uzatmaq istəyir və bunun qarşılığında illik 30 milyon avro maaş tələb edir. Lakin, “Real Madrid” bu təklifi qəbul etməkdə çətinlik çəkir və hələ də futbolçunun istədiyi şərtlərlə razılaşmayı planlaşdırmır.

Vinícius Júniorun hazırkı müqaviləsi 2027-ci ilin ortalarına qədər qüvvədədir. Bununla yanaşı, Səudiyyə Ərəbistanı çempionatında çıxış edən klubların Viníciusa maraq göstərdiyi bildirilir.