-->
Dünya Futbolu

Madrid klubunda 6-8 həftəlik itki

Bakı, 29 aprel, Tsport.az

“Real Madrid”in müdafiəçisi Antonio Rüdiger, diz bağlarındakı zədə səbəbindən əməliyyat olunub.

Tsport.az xəbər verir ki, alman futbolçunun bərpa prosesi təxminən 6-8 həftə davam edəcək. 32 yaşlı müdafiəçi bu mövsüm “Real Madrid”in heyətində bütün turnirlər üzrə 49 oyunda iştirak edib, 3 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, “Real Madrid” La Liganın 34-cü turunda 4 may tarixində “Celta Vigo” ilə qarşılaşacaq.