Azərbaycan Futbolu

Mahir Emreli “1. FC Kaiserslautern”də ardıcıl ikinci qolunu vurdu

Bakı, 29 iyun , Tsport.az 

Azərbaycan millisinin hücumçusu Mahir Emreli, Almaniya təmsilçisi “1. FC Kaiserslautern“in heyətində növbəti dəfə fərqlənib.

Tsport.az xəbər verir ki, o, komandanın “SV Hermersberg”ə qarşı yoxlama görüşündə start heyətdə meydana çıxıb və 6-cı qolu vurub.

Matç “Kaiserslautern”in 10:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu, Emrelinin yeni klubunda ardıcıl ikinci matçda qol vurmasıdır.

Qeyd edək ki, bu görüş klubun 2025/26 mövsümünə hazırlıq çərçivəsində ikinci sınaq oyunu olub. Hücumçu ilk yoxlama matçında da – “CS Fola Esch”ə qarşı keçirilən qarşılaşmada fərqlənmişdi.