Mahir Emreli “1. FC Kaiserslautern”də ilk rəsmi sınağında fərqləndi
Bakı, 28 iyun , Tsport.az
Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli yeni komandası “1. FC Kaiserslautern”də debüt edib.
Tsport.az xəbər verir ki, Lüksemburqun “Saar” klubuna qarşı keçirilən mövsümöncəsi yoxlama görüşündə meydana çıxan 27 yaşlı forvard qarşılaşmanın 43-cü dəqiqəsində alman təmsilçisinin 5-ci qoluna imza atıb.
Start heyətində yer alan Emreli ilk hissədə çıxış edib və fasilədən sonra meydanı tərk edib. Oyun 19:0 hesabı ilə Kaiserslautern klubunun xeyrinə başa çatıb. Bu matç Bundesliqa təmsilçisinin 2025/26 mövsümünə hazırlıq prosesində ilk sınağı olub.