Maksim Medvedev “Qarabağ-2”nin baş məşqçisi təyin olundu
Bakı, 2 iyul , Tsport.az
“Qarabağ” Futbol Klubu əfsanəvi kapitanı Maksim Medvedevin yeni vəzifəyə təyinatını rəsmən açıqlayıb.
Tsport.az xəbər verir ki, 35 yaşlı mütəxəssis “Qarabağ-2”nin baş məşqçisi vəzifəsinə gətirilib.
Medvedev bu postda Cavad Mirzəbəylini əvəzləyib. O, son bir ili klubun U-14 komandasında məşqçi kimi fəaliyyət göstərib. Futbolçu karyerasını tam şəkildə “Qarabağ”a həsr edən Medvedev, klub tarixində ən çox oyun keçirən futbolçu kimi yadda qalıb.