Dünya Futbolu

“Manchester City” Diogo Costa üçün hərəkətə keçdi

Bakı, 23 aprel, Tsport.az

İngiltərə Premyer Liqasının son çempionu “Manchester City”, yay transfer dönəmində qapı xəttində dəyişiklik etməyi planlaşdırır.

Tsport.az xəbər verir ki, klub hazırkı əsas qapıçı Edersonun mümkün ayrılığı fonunda FC Portonun qolkiperinə – Diogo Costaya yönəlib.

25 yaşlı portuqaliyalını heyətinə qatmaq istəyən “şəhərlilər”, oyunçu üçün 58 milyon avro təklif etməyə hazırdır. Lakin Koştanın “Porto” ilə 2027-ci ilə qədər müqaviləsi var və müqavilədə 75 milyon avroluq sərbəstqalma maddəsi yer alır.

Bu mövsüm Porto akademiyasının yetirməsi olan Diogo Costa bütün turnirlərdə 41 oyun keçirib, 44 qol buraxıb və 18 dəfə qapısını toxunulmaz saxlayıb.