Dünya Futbolu

“Manchester City” futbolçusu ilə yeni müqavilə imzalayacaq

Bakı, 4 avqust, Tsport.az

İngiltərənin “Manchester City” klubu müdafiəçisi Rúben Diasla yaxın vaxtlarda yeni müqavilə imzalayacaq.

Tsport.az xəbər verir ki, tərəflər artıq müqavilənin uzadılması barədə razılığa gəliblər.

28 yaşlı portuqaliyalı futbolçunun “şəhərlilər”lə hazırkı müqaviləsi 2027-ci ilin yayında başa çatır.

Qeyd edək ki, Dias 2020-ci ildən “Manchester City”də çıxış edir. O, komandanın heyətində 222 oyun keçirib, 4 qol vurub və 5 məhsuldar ötürmə edib.