Dünya Futbolu

“Manchester City” Morgan Gibbs-Uaytı transfer etmək istəyir

Bakı, 5 may, Tsport.az

“Nottingham Forest”in yarımmüdafiəçisi Morgan Gibbs-Uayt, “Manchester City”nin maraq dairəsindədir.

Tsport.az xəbər verir ki, “şəhərlilər” ingiltərəli futbolçu üçün bu yay transfer periodunda hərəkətə keçəcək.

Futbolçunun bazar dəyəri 50 milyon avro qiymətləndirilir.

Cari mövsümdə “Nottingham Forest”in heyətində 34 matçda 5 qol vuran və 9 məhsuldar ötürmə verən Morqan Gibbs-Uaytın müqaviləsi 2027-ci ilin ortalarına qədər davam edir.