Dünya Futbolu

“Manchester City” Rodri ilə yeni müqavilə planlaşdırır

Bakı, 10 avqust, Tsport.az

“Manchester City”, əsas yarımmüdafiəçisi Rodri ilə əməkdaşlığı davam etdirmək niyyətindədir.

Tsport.az xəbər verir ki, klub rəhbərliyi ispan futbolçunun komandada qalmasını prioritet hesab edir. City, Rodriyə “Real Madrid”-in maraq göstərdiyini bilir və buna cavab olaraq onunla yeni müqavilə imzalamaq istəyir.

29 yaşlı futbolçu gələcəyi ilə bağlı hələlik qəti qərar verməyib. Hazırda Rodri-nin City ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.

Qeyd edək ki, Rodri 2019-cu ildən Manchester City-də çıxış edir və 2024-cü ildə Ballon d’Or (Qızıl top) mükafatına layiq görülüb.