“Manchester City” yeni səfər formasını təqdim etdi
Bakı, 20 iyul , Tsport.az
İngiltərə Premyer Liqasının aktual çempionu “Manchester City” 2025/26 mövsümü üçün səfər formasını ictimaiyyətə təqdim edib. Klubun yeni formasında tarixi motivlər və müasir elementlər birləşdirilib.
Tsport.az xəbər verir ki, geyim 1884-cü ilin klassik qara dizaynına əsaslanıb. Ağ detallarla zənginləşdirilən və metal vurğularla tamamlanan forma öz zərif görüntüsü ilə seçilir.
“City” yeni formasını ilk dəfə 9 avqust tarixində keçiriləcək mövsümöncəsi yoldaşlıq oyununda İtaliyanın “Palermo” klubuna qarşı sınaqdan keçirəcək.